Yəmənin Əbu-Dabiyə qarşı “uğurlu əməliyyatı”nın peyk görüntüləri

QafqazTimes xəbər verir ki, Associated Press xəbər agentliyi (çərşənbə axşamı) Yəmən silahlı qüvvələrinin Əbu-Dabiyə qarşı dünənki (bazar ertəsi) əməliyyatının nəticələrini əks etdirən görüntülər əldə edib.

Associated Press iddia edir ki, Amerikanın Plant Labs PBC şirkətinin fotolarını təhlil edən bu xəbər agentliyi Əbu-Dabinin “Misfah” məhəlləsində Əbu-Dabi Milli Neft Şirkətinin yanacaq anbarından tüstü yüksəldiyini aşkar edib.

Məlumata görə, Yəmən silahlı qüvvələrinin Əbu-Dabiyə qarşı dünənki hücumundan bir neçə dəqiqə sonra çəkilmiş növbəti görüntüdə anbar ətrafında yanıqlar və yanğına qarşı qoruyucu ağ köpük müşahidə olunub.

Associated Press-in məlumatına görə, qısaca ADNOC kimi tanınan Abu Dabi Milli Neft Şirkəti BƏƏ-nin sərvətinin böyük hissəsini təmin edən dövlət enerji şirkətidir.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…