Yəməndə Səudiyyə koalisiyası tərəfindən 6 qadına təcavüz

QafqazTimes xəbər verir ki, Səudiyyə koalisiyasına bağlı qüvvələr tərəfindən Əl-Hudeydə əyalətində altı qadının cinsi təcavüzə məruz qalması bölgə xalqı arasında qəzəb dalğasına səbəb olub.

Əl-Xəbər Əl-Yəməni saytının məlumatına görə, yerli mənbələr Əl-Hudeydə əyalətinin cənubundakı Əl-Covir və Əl-Suvihar bölgələrində Səudiyyə koalisiyasının ünsürlərinin 6 qadına təcavüz etdiyini və bunun iki bölgənin əhalisi arasında böyük qəzəb doğurduğunu bildirib. Məsələ o həddə çatıb ki, camaat Səudiyyə koalisiyasının üzvlərini şəhərdən qovmağa söz veriblər.

Etirazlara cavab olaraq Səudiyyə koalisiyasının yaraqlıları bəzi sakinlərin evlərinə basqın edərək onlardan bir neçəsini saxlayıblar.

Məlumata görə, zərər çəkmişlərin ailələri cinayətdən xəbər tutandan sonra Səudiyyə təcavüzkar koalisiyası qüvvələrinin Əl-Suveyrə məktəbindəki qərargahına hücum etmiş və silahlılarla toqquşmuşlar. Nəhayət, komandirlər işə qarışaraq aksiya iştirakçılarının həbsi barədə göstəriş vermiş və təcavüzkarlara heç bir cəza tətbiq etməmişlər.

Cinayətin ardınca “Tahama” hüquq müdafiə təşkilatı da kütləvi zorlama hadisəsini kəskin şəkildə pisləyib. Yəmən təşkilatının bəyanatında deyilir ki, bu cür cinayətlər İslamın dəyər və prinsiplərinə, səmavi dinlərə, bütün icma və qəbilələrin adət və qanunlarına ziddir.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur