ABŞ polisi 13 yaşlı qaradərili yeniyetməni güllələdi + Video

QafqazTimes xəbər verir ki, Amerikanın “Daily Beast” saytı on üç yaşlı silahsız qaradərili yeniyetmənin təslim olmaq əlaməti olaraq əllərini yuxarı qaldıraraq Çikaqo polisi tərəfindən güllələnməsi ilə bağlı video yayımlayıb.

Bu yaxınlarda yayılan video may ayında (keçən ay) baş hərfləri A.G olan qaradərili yeniyetmənin təslim olmaq əlaməti olaraq əllərini qaldırdığı atışma hadisəsi ilə bağlıdır. Videoda görsəndiyi kimi o, səkidən düşüb yanacaqdoldurma məntəqəsinin dayanacağının işığına tərəf gedir, sonra sağa dönür. Daha sonra oğlan polis zabiti tərəfindən vurularaq yanacaqdoldurma məntəqəsinin qarşısında beton döşəməyə yıxılır.

Daily Beast-in məlumatına görə, atışmadan sonra iki Çikaqo polisi qaradərili yeniyetmənin ayaqlarından tutaraq, bir əli yerdə onu başqa yerə sürükləyib aparıblar. Çikaqo polis rəisi daha əvvəl iddia etmişdi ki, bu addım atışmadan sonra yanacaqdoldurma məntəqəsində baş verən yanğının qarşısını almaq və amerikalı yeniyetmənin daha çox zərər çəkməsinin qarşısını almaq məqsədi daşıyıb.

Avtomobili saxlanılarkən polisdən qaçdığı iddia olunan yuxarıda adı çəkilən qaradərili yeniyetmənin barəsində heç bir cinayət işi açılmayıb və hadisə yerində heç bir silah aşkar edilməyib.

Qeyd edək may ayında bu 13 yaşlı amerikalı yeniyetmənin güllələnməsinin görüntüləri və videoları yayılsa da, sosial şəbəkə izləyiciləri bu məsələnin təfərrüatı barədə daha çox şəffaflığa ehtiyac olduğunu bildirmişlər.

Related posts

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

ABŞ beynəlxalq məhkəməni hədələyir!