Yəməndə “Şər üçbucağı” əleyhinə milyonluq aksiya keçirildi

Yəmən xalqı ölkənin böyük şəhərlərində bir daha Qəzza zolağındakı Fələstin xalqı ilə həmrəylik, sionist rejimin Rəfəhə hücumları, ABŞ və İngiltərə koalisiyasının ölkələrinə hava hücumlarına etiraz məqsədilə milyon nəfərin iştirakı ilə yürüş keçirib.

Fars İnformasiya Agentliyinin verdiyi xəbərə görə, bu gün (16 fevral)  günortadan sonra Yəmənin böyük şəhərləri Fələstinə dəstək verən böyük izdihamın şahidi olub.

Yəmənli nümayişçilər bu iştirakla sionist rejimin təcavüzünə qarşı Fələstinə kömək etmək mövzusunda öz sabit, prinsipial, əxlaqi və dini mövqelərini vurğulayaraq İsrail-ABŞ-İngiltərəni “şər üçbucağı” adlandırıblar.

Yəmənlilər həmçinin “Ey Qəzza, ey Fələstin, bütün yəmənlilər sizinlədir” və “Ey Qəzza xalqı, siz tək deyilsiniz” kimi şüarlar səsləndirərək Fələstin xalqına və cəsarətli müqavimətlərinə davamlı dəstəklərini elan ediblər.

Bu yürüşdə iştirak edən Yəmən Ali Siyasi Şurasının sədri Mehdi Əl Məşat çıxış edərək şər üçbucağından Qəzzəyə hücumların dərhal dayandırılması və Qəzzənin mühasirədən çıxarılmasını tələb edib. O, həmçinin Yəmən xalqı və ölkənin silahlı qüvvələrinin hücumları qarşısında dayanmaq üçün bütün ssəthlərdə hazır olduğunu da elan edib.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir

1 şərh

Add Comment