Seyid Həsən Nəsrullah: Bizim məqsədimiz sionist rejimi məğlub etməkdir

Livan Hizbullah Hərəkatının baş katibi sionist rejimlə mübarizədə müqavimətin əsas məqsədinin onları məğlubiyyətə vadar etmək və geri çəkilmək məcburiyyətində qoymaq olduğunu elan edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Seyid Həsən Nəsrullah bu gün (16 fevral) deyib: Əl Nəbatiyyə və Əl Səvanədə baş verənlər məqsədyönlü təcavüz idi. Çünki düşmən mülki əhaliyə can tələfatının qarşısını ala bilərdi.

Ərazisi yüz km-dən çox olan bir cəbhədə əsl döyüşün içində və müqavimət qüvvələrinin şəhid olmasının döyüşün tərkib hissəsi olduğunu vurğulayan baş katib deyib: Mülki şəxslərin hədəfə alınmasına xüsusi şəkildə həssasıq. Biz mülki şəxslərə ziyan dəyməsinə göz yuma bilmərik.

Düşmən Əl-Nəbatiyyə, Əl-Səvanə və digər ərazilərdə qadın və uşaqlarımızın qanını axıtmasının bədəlini ödəməlidir. Dinc əhalinin qanının bədəli bazalar olmayacaq, qan olacaq deyən Seyid Həsən Nəsrullah əlavə edib: Livan müqaviməti geniş və dəqiq raket gücünə malikdir. ABŞ sionist rejimə silah və digər dəstəklərini dayandırarsa, Netanyahu istər-istəməz müharibəni dayandırmaq məcburiyyətində qalacaq.

Related posts

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

Hizbullah sionist rejim kəşfiyyat təchizatını məhv etdi

İraq İslami Müqaviməti sionist rejim limanına hücum etdi