İran xarici işlər nazirliyinin sözçüsü İranın fransızlar vasitəsilə Yəmənə silah göndərmə xəbərini təkzib edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani bu gün (2 fevral) deyib: Bu qəbildən olan ittihamlı xəbərlər siyasi məqsədlidir və beynəlxalq auditoriyanın fikrini başqa bir tərəfə yönləndirmək üçündür.
N.Kənani həmçinin deyib: Hərbi əməkdaşlıq adı altında Yəmənə təcavüz edən ölkələrlə silah alveri edənlər anti-humanitar işlərlə məşğuldurlar. Onlar Yəmən xalqının taleyinə müdaxilə edir, insanlıqdan kənar rəftarlar nümayiş etdirdikləri halda başqalarını ittiham edirlər.
XİN sözçüsü sonda deyib: Yaxşı olar ki, bu ölkələr səhv ünvan verib məzlum Yəmən xalqına qarşı təcavüzkarcasına müharibədəki məsuliyyətlərindən boyun qaçırmaqdansa, öz mənafelərindən əl çəkib bu müharibəyə son qoysunlar.