Müsəlmanlar Salman Rüşdi kimiləri cəzalandıracaq

İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandanı general-mayor Hüseyn Salami Salman Rüşdinin aqibətinə işarə edərək deyib: Quranı yandıranlar ondan ibrət alsınlar. Çünki müsəlmanlar onları da cəzalandıracaq.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Salami Qurana qarşı hörmətsizlik edənlərə xitabət deyib: Bu gündən gizlin həyat yaşayın, hər gecə kabus görün. Çünki müsəlmanlar onlarla il keçsə belə, sizdən əl çəkməyəcəklər.

Sepah komandanı həmçinin deyib: Gənclərimiz düşmən hiylələrinə tuş gəlib. Düşmən islamofobiyanın təbliği ilə məşğuldur. Dindarlıq əvəzinə gənclərdə puş şəxsiyyət formalaşdırmaq, qərbyönümlü insanlar yetişdirmək istəyirlər. Bu isə şeytanlıqdır.

General H.Salami deyib: İslam inqilabı və İmam Xomeyni (rəh) ilahi hökmlərin icrası üçün meydana gəli. Amma dinsizlər qərbin fitnə-fəsd dolu dəyərlərini gənclərimizin zahirinə və şüuraltısına yeritmək istəyirdi. Bu isə çox ciddi mədəni müharibə deməkdir.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək