Yəməndə atəşkəs 2 ay müddətinə uzadılıb

QafqazTimes xəbər verir ki, BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsi Hans Qrundberq çərşənbə axşamı axşam saatlarında Yəməndə atəşkəsin uzadıldığını açıqlayıb.

Əl-Cəzirə telekanalı BMT nümayəndəsinə istinadən xəbər verib ki, təcavüzkar Səudiyyə-Əmirlik koalisiyası və Yəmənin Milli Qurtuluş Hökuməti Yəməndə atəşkəsin daha iki ay uzadılmasına razılaşıblar.

O, atəşkəsin uzadılmasının Yəməndəki müharibə tərəflərinin geniş razılaşma əldə etmək öhdəliyini nəzərdə tutduğunu bildirib.

Bununla əlaqədar olaraq, Yəmənin Ali Siyasi Şurasındakı rəsmi mənbə bu həftənin bazar günü elan edib ki, Oman nümayəndə heyəti bu şuranın başçıları ilə Yəməndə atəşkəsin uzadılması barədə müzakirələr aparıb.

O bildirib ki, Oman nümayəndə heyəti və Yəmən tərəfi də Yəməndə humanitar və hərbi atəşkəsin uzadılmasının faydalarını nəzərdən keçiriblər. Səna da atəşkəsin yenilənməsi ilə bağlı mövqeyini ifadə edib.

Bu yəmən rəsmisi Milli Qurtuluş hökumətinin atəşkəsin uzadılmasını Yəmən vətəndaşlarının problemlərinin azaldılması ilə əlaqələndirdiyini bildirərək deyib: “Hudeydə limanı və Səna hava limanının yenidən açılması vətəndaşların haqqıdır. Bu, şərti və ya məhdud olmamalıdır.”

Livanın “Əl-Əxbar” qəzeti bu barədə yazıb ki, Səudiyyə-Əmirlik alyansının Səna liderlərini atəşkəsin uzadılmasına razı salmaq üçün çoxlu variantı yoxdur və Səna onun hazırkı formada uzadılmasına tamamilə qarşıdır.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur