ABŞ-ın Çindəki səfiri XİN-ə çağırıldı

QafqazTimes xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının sədrinin Tayvan adasına səfərinə etiraz olaraq Vaşinqtonun Pekindəki səfiri Nikolas Bornsu çağıraraq, səfirə sərt ifadəli etiraz notası təqdim edib.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosini daşıyan təyyarə çərşənbə axşamı axşam saatlarında ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin müşayiəti ilə Tayvan yarımadasına daxil olaraq, Taypey hava limanına enib.

Bu qeyri-qanuni səfər Çin hakimiyyətinin xəbərdarlıq və etirazlarına baxmayaraq baş verib və iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Çünki Pekin bunu öz milli təhlükəsizliyinə və ərazi bütövlüyünə zidd hesab edir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying çərşənbə axşamı Nensi Pelosinin Tayvana səfərindən əvvəl nazirliyin mətbuat konfransında deyib: “ABŞ Çinin suverenliyinə və təhlükəsizlik maraqlarına zərər vurmaqda məsuliyyəti öz üzərinə götürməlidir və ABŞ bunun əvəzini ödəyəcək.”

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bu hərəkəti “odla oynamaq” adlandırıb və bildirib ki, bu cür hərəkətlərin məsuliyyəti yanğını alovlandıranların üzərinə düşür. Çinin Müdafiə Nazirliyi də bu səfərə cavab olaraq konkret və məqsədyönlü hərbi əməliyyatlar həyata keçirəcəyini bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Pekinin etirazına cavab olaraq bildirib ki, biz Vahid Çin siyasətini qəbul edirik və Tayvanın müstəqilliyini dəstəkləmirik. Biz yalnız Tayvanın özünü müdafiə etməsi üçün ona dəstək veririk.

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…