Yəməndə Əl-Qaidə və İŞİD terror təşkilatları Ərəbistanın dəstəyi ilə yaranıb

Qafqaztimes KİV-ə istinadən xəbər verir ki, Yəmən Şura Məclisinin “Müdafiə və Təhlükəsizlik” komissiyası iki terror qruplaşmasının – İŞİD və Əl-Qaidənin meydana gəlməsini, təsirlərini və Səudiyyə-Amerika təcavüzkar koalisiyası ilə birgə Yəmən müharibəsində iştiraklarını araşdırıb.

“26 sentyabr” xəbər saytının verdiyi məlumata görə, bu hesabatda deyilir: “Əbdülməcid Əl-Zəndaninin rəhbərlik etdiyi “Əl-İslah” partiyasını quran fiqurlar daha sonra Usamə Bin Ladenin həmkarlığı və Səudiyyə Ərəbistanının dəstəyi ilə Yəməndə Əl-Qaidənin bünövrəsini qurmuşlar.”

Bu hesabatda həmçinin qeyd olunub ki, Əl-İslah Partiyası, tədris ocaqları və elmi mərkəzləri vasitəsi ilə üzvlərinin hamısı təkfirçi ideologiyalara sahib olan paralel bir ordu yaratmağı bacardı və bu, 1994-cü il müharibəsində özünü aydın göstərdi. Əl-İslahın tədris mərkəzləri zamanla Yəməndəki Əl-İman Universitetinə çevrildi. Nəticədə 21 sentyabr inqilabından sonra Əl-Qaidə liderlərini və təlim keçmiş ünsürləri dəstəkləməkdə və paytaxtda onlar üçün liderlik bazasının yaradılmasında öz rolunu ifa etdi.

Related posts

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

ABŞ beynəlxalq məhkəməni hədələyir!