Yəmən səmasında daha bir ABŞ PUA-sı vurulub

Qafqaztimes xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Səri çərşənbə axşamı ABŞ-ın qabaqcıl kəşfiyyat PUA-nın Mərib əyalətinin əl-Cuba səmasında hədəfə alındığını bildirib.

Yəhya Səri verdiyi açıqlamada Yəmən ordusunun hava hücumundan müdafiə qüvvələrinin ABŞ istehsalı olan “Scan Eagle” casus pilotsuz təyyarəsini “uyğun silah”la hədəfə aldığını bildirib.

Bu, bir həftədən az müddətdə Maribdə vurulan ikinci qabaqcıl Amerika “Scan Eagle” pilotsuz təyyarəsidir.

Yəmən ötən şənbə günü də (dekabrın 4-də) Marib əyalətinin Əl-Cuba səmasında əməliyyat həyata keçirərkən Amerikanın eyni modelli pilotsuz təyyarəsini vurmağa müvəffəq olmuşdu.

Yəmən xəbər mənbələri bu ilin əvvəlindən Yəmən səmasında səkkiz pilotsuz təyyarənin izlənilərək məhv edildiyini bildiriblər.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

ABŞ-ın əsil siması

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır