Yəmən rəsmisi: Ərəbistan xalqı Ali-Səud əleyhinə ayağa qalxmalıdır

QafqazTimes xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Məhəmməd Əl-Bəxiti cümə axşamı bir çıxışında vurğulayıb ki, Ərəbistan yarımadasının azadlıq sevər xalqı Ali Səud rejiminə qarşı ayağa qalxmalıdır.

“Vəkalə Əl-Sahafə Əl-Yəməniyyə” xəbər saytı məlumat verib ki, Əl-Bəxiti deyib: “İndi Ərəbistan yarımadasının azadlıq sevər insanlarının bir araya gəlməsinin vaxtı çatıb.”

O, həmçinin vurğulayıb ki, həlledici müharibə yaxınlaşıb və qələbə yaxındır.

Qeyd edək ki Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi martın sonunda onlarla insanı edam etdiyini açıqlamışdı. Ər-Riyad, cəzaları edam olan bu şəxslərin ölkədə təhlükəsizliyi pozmaq, fitnə və xaos yaratmaq niyyətində olduqlarını, xaricdəki münaqişə bölgələrinə getdiklərini və ya İŞİD və Əl-Qaidənin planlarını həyata keçirdiklərini iddia etmişdi. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi həmçinin bu şəxslərin bəzilərinin Husilər hərəkatı və anti-Səudiyyə qrupları ilə əlaqəli olduğunu və onlarla kəşfiyyat əməkdaşlığının olduğu iddiasını da irəli sürmüşdü.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…