Yəmən ordusunun BƏƏ və Səudiyyə Ərəbistanı ərazisinə hücumunun görüntüləri

QafqazTimes xəbər verir ki, “Əl-Elam Əl-Hərbi” İnformasiya Mərkəzinin Yəmən şöbəsi bu gün günorta (çərşənbə axşamı) Yəmən ordusunun Səudiyyə Ərəbistanı və BƏƏ-nin strateji mövqelərinə pilotsuz təyyarələrlə zərbələr endirdiyi anların görüntülərini yayıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya əs-Səri bu gün günorta bildirib ki, “Əl-Elam Əl-Hərbi” Səudiyyə Ərəbistanı və BƏƏ-nin daxilində pilotsuz təyyarələrin hücumlarının başlanmasının görüntülərini yayımlayacaq.

Yəmən ordusu ötən cümə axşamı verdiyi son açıqlamada Səudiyyə Ərəbistanının cənub-qərbindəki Abha beynəlxalq hava limanında əsas hərbi hədəfə hücum etdiyini açıqlayıb. Səna hər zaman bəyan edib ki, Səudiyyə koalisiyası bu ölkəyə hücumlarını davam etdirdiyi müddətcə Səudiyyə Ərəbistanı və BƏƏ-nin strateji obyektlərinə raket və pilotsuz təyyarələrdən zərbələr endirəcək.

Həmçinin İraqın “Əl-Vədul-həqq“ qruplaşmasının hücumundan əvvəl Sənanın Əbu-Dabiyə Yəmənin daxili işlərinə qarışmaq və ölkədə gərginliyi artırmağa çalışmaq barədə dəfələrlə xəbərdarlıq etməsindən sonra BƏƏ-nin mövqeləri üç mərhələdə Yəmən ordusunun raket və dron zərbələri ilə hədəfə alınıb.

Related posts

ABŞ-ın əsil siması

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO