Yəmən müdafiə naziri: ABŞ və İngiltərə ilə mübarizədə yeni qaydalarımız var

Yəmən Milli Nicat dövlətinin müdafiə naziri Amerika və İngiltərə ilə mübarizədə yenii qaydaların təsdiqlənməsindən xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Nasir Məhəmməd Əl Atifi “Əl Yəvmul Movid “ (Vəd olunmuş gün) hərb təlimlərindəki çıxışında deyib: Biz ABŞ, İngiltərə və onların müttəfiqləri ilə mübarizədə yeni güc qaydaları tətbiq edəcək və onlara ən ağır bədəl ödətdirəcəyik.

Əl Məsirə telekanalının verdiyi məlumata görə Nasir Məhəmməd Əl Atifi deyib: Yəmən öz haqqını almaq qüdrətinə malidir və yalnız güclülərə hörmətlə yanaşan beynəlxalq ictimaiyyətlə necə rəftar olunacağını yaxşı bilir. “Əl Əqsa Tufanı”na dəstək olan  “Müqəddəs Cihad”və “Vəd olunmuş Fəth” əməliyyatları zəfərlə bitəcək və dünya geosiyasətində böyük dəyişikliklərə səbəb olacaq.

Əl Atifi həmçinin vurğulayıb: Yəmənlilər müharibəsevər insanlar deyil. Amma Qəzzədə müşahdiə edilən vəhşiliklərə susmaq insanlıqdan uzaqdır. Nifrətəlayiq rejimlə mübarizədə dəniz mühasirəsi Yəmən hakimiyyəti, xalqı, islami və insani dəyərlərimizə arxalanır.

Related posts

Belçika və Fransa Haaqa Məhkəməsinin qərarına dəstək verdi

İraq İslami Müqavimət qrupları bir daha FƏləstin xalqına dəstək duracaqlarını sübut etdi

Vaşinqton Rəfəh keçidi barədə Tel Əvivə təklif etdi