Yəmən ilk neft müqaviləsini Çinlə bağladı

Yəmən Milli Nicat dövləti neft kəşfiyyatı sahəsində ilk müqaviləsini Çin şirkəti ilə bağlayıb.

Fars İnfrormasiya Agentliyinin məlumatına əsasən, bu müqavilə Yəməndə 9 il əvvəl müharibə  başlanandan sonra çinli investor şirkət tərəfindən icra olunacaq.

Yəmənin neft və sənaye nazirliyinin məlumatına görə Anton Oilfeld şirkəti ilə bağlanmış bu müqaviləyə əsasən, Çin mütəxəssisləri Yəməndə neft yataqlarının kəşfiyyatı ilə məşğul olacaqlar.

Çinin Anton Oilfeld şirkəti neft kəşfiyyatı sahəsində dünyada ən məşhur şirkətdir. Bu şirkət 1999-cu ildə qurulub, 2007-ci ildə Honk-Konq qiymətli kağızlar bursu idarə heyətinin razılığı ilə Çin neft meydanları kəşfiyyatı texnologiyası fəaliyyətində siyahının birincisi elan edilib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir