Yəmən Beytullahul-Həramın idarəçiliyi üçün birgə komitənin yaradılmasını tələb edib

QafqazTimes xəbər verir ki, Yəmənin Həcc və Ziyarət İşləri Nazirliyi ötən gün (şənbə) bir sionist jurnalistin Məkkəyə gəlişi ilə bağlı bəyanat yayıb.

“Sabah”xəbər agentliyinin məlumatına görə, Yəmənin Həcc Nazirliyi elan edib: “Səudiyyə rejiminin Məscidül-həramda və həcc mərasimlərinin keçirildiyi yerdə bir yəhudiyə ziyarət etmək icazəsi verməsi açıq-aşkar Allah-taalanın əmrinə ziddir.”

Bəyanatın davamında deyilir: “Səudiyyə rejimi milyonlarla zəvvarın Həcc ziyarətinə mane olduğu və həcc ziyarətini yerinə yetirmək istəyənlər üçün prosesinin çətinləşdirdiyi halda, bu rejim yəhudilərin Məkkə və müqəddəs yerlərə girişini asanlaşdırır.”

Nazirlik həmçinin əlavə edib: “Bu, Səudiyyə rejiminin yəhudilərlə həmkarlıq etməsinin və onların İslam və bu dinin müqəddəslərinə qarşı planlarını həyata keçirməyə çalışmasına aşkar dəlildir.”

Yəmənin Həcc Nazirliyi Allahın əmrinə zidd olan bu hərəkətin pislənməsini istəyərək vurğulayıb: “Səud rejimi müqəddəs məkanların idarəçiliyini müsadirə etməməlidir, çünki bu yerlər Ali Səud mülkünə deyil, müsəlmanlara məxsusdur.”

Bu nazirlik, Əl-Səud ailəsinin İslami müqəddəs yerlərə xəyanətinin sübuta yetirildiyini bildirərək, Beytullahul-Həram və bütün İslami müqəddəs məkanların idarə olunması üçün birgə komitənin yaradılmasını tələb edib.

Yəmənin Xarici İşlər Nazirliyi də bəyanat yayaraq, Səudiyyə rejiminin sionist jurnalistin müqəddəs yerlərə daxil olmasına icazə verməsinin açıq-aşkar təxribatçı bir addım olduğunu bildirib.

Qeyd edək ki, bu bəyanat sionist rejimin 13-cü kanalının müxbirinin bu yaxınlarda Məkkədə çəkilmiş videosunu dərc etməsindən sonra verilib.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır