Hizbullah: Livan böhranının hədəfi müqaviməti tərksilah etməkdir

QafqazTimes xəbər verir ki, Hizbullahın Livan parlamentindəki fraksiyası “Əl-Vəfa Lil-Muqavəmə”-nin rəhbəri Məhəmməd Rəd verdiyi bir açıqlamada, Livandakı hazırkı böhranın bir hədəfə xidmət etdiyini və bu hədəfin müqaviməti tərksilah etmək və müqavimət variantından imtina etmək olduğunu söyləyib.

“Əl-Mənar” telekanalının xəbərinə görə, o vurğulayıb ki, yoxsulluğun, aclığın, blokadanın, dərmanın ölkəyə girişinin qarşısının alınmasının, ölkəni neft, qaz və ərzaqdan məhrum etmənin məqsədi xalqın müqavimət variantından əl çəkib Amerika qarşısında təslim olmasıdır. Lakin xalq təslim olmağı qəbul etməyənə qədər bu planın sahiblərinin qazancı yalnız xəyal qırıqlığı olacaq və qələbə müqavimətə məxsus olacaqdır.

Məhəmməd Rəd aydınlıq gətirib: “Sərhədin müəyyənləşdirilməsi və neft və qazın çıxarılması məsələsi ölkəmizə qarşı sui-qəsdin bir hissəsidir. Sərhədlərin müəyyənləşdirilməsi məsələsi ilə bağlı mövqeyi Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah izah etdi və əlavə izaha ehtiyac yoxdur. Ona görə də hazırda dünya Hizbullah baş katibinin təyin etdiyinə cavab vermək uyğun bir həll yolu tapmalıdır.”

O, əlavə edib: “Biz daxildə siyasi təsir gücümüzü bilirik, lakin biz zorakı və zülm əhli deyilik, biz bu ölkənin ortaqlarıyıq. Biz tərəfdaşlarımıza xaricə arxalanmamağı tövsiyə edirik.”

Məhəmməd Rəd həmçinin vurğulayıb ki, düşmənlə qarşılıqlı əlaqə milli xəyanət və cinayətdir və əvvəlki təcrübələrdən dərs almaq lazımdır.

Qeyd edək ki, Seyid Həsən Nəsrullah iyulun 13-də etdiyi çıxışında toxunduğu məsələlər arasında sərhədlərin çəkilməsi məsələsi də olub.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO