Yəmən: Amerika və İsrail gəmilərini vurduq

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Seri deyib: Bu ölkənin donanması Qırmızı dənizdə sionist və bir çox Amerika gəmisini hədəfə aldıqlarını elan edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, general Yəhya Səri bu gün (30 aprel) Yəmənin müdafiəsi və Fələstinə dəstək məqsədilə Qırmızı dəniz və Ərəbistan dənizindəki bütün düşmən hədəflərə qarşı bundan sonra da hərbi əməliyyatlar keçirməkdən çəkinməyəcəklərini vurğulayaraq deyib: Qırmızı dənizdə hava, dəniz və raketçi qüvvələrimiz birgə uğurlu əməliyyatla “CYCLADES” gəmisini hədəfə aldı. Bu gəmi aprelin 21-də işğal olunmuş Fələstinin Ummur Rəşaş limanına doğru hərəkət edirdi.

Yəhya Səri həmçinin deyib: Bu gəmiyə işağl olunmuş FƏləstin limanına daxil olmamaıs barədə edilən xəbərdarlıqlarımıza rəğmən, gəmi israrla limana doğru hərəkət etdiyi üçün qüvvələrimiz lazımi tədbirləri gördülər və nəticədə Yəmən silahlı qüvvələrinin hədəfə alınan gəmilər siyahısına daxil oldular.

Əl Məsirə telekanalının məlumatına görə Yəhya Səri sionist rejimin “MS ORİON” gəmisinin vurulmasından da xəbər verərək deyib: Rəfəh mühasirədən çıxarmaq və işğalçılığa son qoymaqdan ötrü bundan başqa heç bir çarəmiz qalmayıb. Qəzzada müharibə və mühasirə bitmədikcə, Qırmızı dəniz, Oman dənizi, Ədən körfəzi və Bab əl-Məndəb boğazında əməliyyatlarımız getdikcə davam edəcək.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib