Yəmən: Amerika çox davam gətirməyəcək

Yəmən Ənsarullah Hərəkatı siyasi bürosunun üzvü müstəmləkəçi Amerikanın Yəməndə bundan artıq davam gətirə bilməyəcəyini deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əli Əl Qəhum deyib: Səna dövləti ölkədə beynəlxalq qanunları pozan ABŞ və qərb ölkələrinin birbaşa varlığını tam izləyir və artıq onların burada qalmalarına heç bir bəhanələri olmadığı üçün davam gətirə bilməyəcəklər.

Yəmən xalqının Amerika və vəhdət, birlik, təhlükəsizliyə ziyan verən, sərvətini qarət edən hər hansı bir qüvvənin varlığını qəbul etmədiyini vurğulayan Əl Qəhum deyib: Biz üzümüzü Amerika və müstəmləkəçi ölkələrə tutub deyirik: Sizin Babul Məndəb və Yəmən adaları sahillərindəki varlığınız beynəlxalq tranzitə zərərdir. Yəmən dövlətinin Əl Qaidə və İŞİD kimi terrorçularla mübarizəsi göz qarşısındadır.

Related posts

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

Hizbullah sionist rejim kəşfiyyat təchizatını məhv etdi