Yəmən mediaları bu gün (15 aprel) daha bir təyyarə əsirlərin öz evlərinə geri döndüyündən xəbər verir.
Təsnim İnformasiya Agentliynin məlumatına əsasən, Yəmən əsirləri üzrə milli komitənin sədri Əbdülqadir Əl Murtaza deyib: 2 sudanlı və bir səudiyyəli muzduru Səudiyyə Ərəbistanına təhvil verəcəyimiz zamanda Qırmızı Xaç Cəmiyyətinin təyyarəsi ilə öz əsirlərimizi aldıq.
Əbdülqadir Əl Murtaza həmçinin əsir mübadiləsinin keyfiyyəti barədə deyib: Biz digər əsirlərimizin də mübadiləsinə hazır olsaq da qarşı tərəf buna razılaşmır. Amma biz Ərəbistanda olan bütün əsirlərimizə onları da evlərinə geri döndərəcəyimizə söz veririk.
Bu gün 125 əsir Yəmənin Xəmisil Məşit hava limanından Səna limanına daxil olub.
Əsir mübadiləsi prosesi dünəndən (14 aprel) başlayıb və dünən də 125 əsir öz vətəninə geri dönüb. Bu 240 əsir Yəmənin xalq komitəsi ordusu üzvləridir. Bu günə qədər toplam 350 əsir Səudiyyə Ərəbistanından geri qaytarılıb.