Yəhudilər smartfonlara etiraz etdilər: Polislə toqquşmalar baş verdi (Video izlə)

Qüdsdə ultraortodoksal yəhudilərlə İsrail polisi arasında toqquşmalar olub.

Etirazçılar “koşer” standartlarına cavab verməyən telefonların satışdan çıxarılmasını tələb ediblər.

Belə ki, “koşer” standartlarına cavab verən mobil telefonlarda internet bağlantısı yoxdur, həmçinin mesaj göndərmək və qəbul etmək funksiyası mövcud deyil.

Ultraortodoksallar “Android” əməliyyat sistemli cihazların satıldığı mağazanın şüşələrini sındırmağa cəhd ediblər.

Məlumat üçün qeyd edək ki, “koşer” ibranicədən təcrümədə “yararlı” mənasını ifadə edir. Kaşrut qanunlarında məhsulların hansının yəhudilər üçün yararlı olduğu göstərilib. Qədim yəhudi mənbələrinə görə, bu qanunlar Yaradan tərəfindən yəhudi xalqına hədiyyə edilib. Tövratda yəhudi xalqı üçün “yararlı” qidalar və bu qidalardan istifadə qaydaları dəqiq göstərilib.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO