XİN-də gözlənilməz təyinat – 23 yaşlı şöbə müdiri…

Xarici İşlər Nazirliyində yüksək vəzifəyə gözlənilməz təyinat baş verib.

Nazirlikdə 1998-ci il təvəllüdlü xanım Maliyyə İdarəsində şöbə müdiri təyin edilib. Həmin şəxs ölkənin ali məktəblərindən birini bitirib, sonra isə Ədliyyə Nazirliyində və Hilton hotelində təcrübə keçib. Həmçinin,  gənclərdə liderlik qabiliyyətlərinin inkişafı üzrə ixtisaslaşmış beynəlxalq QHT-nin təlimlərinə qatılıb. 

Yeni şöbə müdiri bir ilə yaxındır ki, XİN-də Maliyyə idarəsində işləyir. İşə əvvəlcə məsləhətçi kimi başlayıb, sonra isə şöbə müdiri təyin edilib. Aydındır ki, gənc bir xanımın qısa zamanda maliyyə sahəsində hər hansı təcrübəyə sahiblənməsini iddia etməyin özü də əsassız olar. 

Məlumdur ki, XİN ölkənin aparıcı nazirliklərindən biri, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkənin xarici siyasətini formalaşdıran bir qurumdur və bu sistemdə işə qəbul olunmaq digər qurumlardan fərqli olaraq, ən çətin prosedurlardan biri sayılır. Mütəxəssislər on illərlə burada can qoyurlar ki, karyera pillələri ilə yüksəlsinlər və məlum bir mövqeyə qalxsınlar. 

Yeri gəlmişkən, maliyyə idarəsi də nazirliyin ən problemli strukturu olub və orada nizam-intizam yaratmaq üçün böyük güc sərf olunub. Amma məqsədə nail olunubmu? 23 yaşlı, heç bir təcrübəsi olmayan şəxsin şöbə müdiri vəzifəsinə təyin edilməsi bu suala müsbət cavab verməyə  heç bir əsas yaratmır. Bu arada həmin gənc xanımın kimliyi redaksiyaya bəlli olsa da, etik səbəblərdən adını açıqlamırıq. Burada məqsəd qadının kimliyi deyil, bu vəzifəyə həyata keçirilən təyinatdır.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO