Xarici şirkətlər Dubayı tərk etsin!

QafqazTimes.com mehrnews.com-a istinadən xəbər verir: Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri  xarici şirkətlərə Dubayı (Əmirliyi – BƏƏ) tərk etməyi tövsiyə edib. Yəmənli general-mayor öz bəyanatında vurğulayıb ki, əmin-amanlıq olmayan bir ölkəyə sərmayə yatırımı təhlükəlidir. Yəhya Səri deyib: Təcavüzkarların bizim xalqa qarşı son cinayətindən sonra xarici şirkətlərə bu ölkədə qalmağı məsləhət görmürük. Onlar təhlükəli bir ölkəyə sərmayə qoyurlar. Nə qədər ki, Birləşmiş Ərəb Əmirliyi Yəmənə qarşı hücumlarını davam etdirir, bu ölkədə əmin-amanlıq olmayacaq.

Ərəbistan-Əmirlik koalisiyasının Yəmənə son hava hücumunda Sədə şəhərində 223 nəfər həlak olub, yaralanıb.

Yəmən Ali İnqilab Komitəsinin rəisi Məhəmməd Əli Hüsi Yəmənin müxtəlif məntəqələrinin bombardmanından sonrakı tvitində yazır:  Mülki insanların hədəfə alınması hərbi cinayətdir və kimsə bunu inkar edə bilməz.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)