Hizbullah Yəməndə baş verən son qətliamı kəskin şəkildə tənqid etdi

QafqazTimes xəbər verir ki, Livan Hizbullahı Səudiyyə koalisiyasının Yəməndə törətdiyi, yəmənli qadın, uşaq və kişilər arasında onlarla insanın ölümü və yüzlərlə insanın yaralanması ilə nəticələnən dəhşətli qırğını pisləyən bəyanat verib.

Əl-Mənar telekanalının məlumatına görə, Hizbullahın bəyanatında deyilir: “Bu mənfur qırğın təcavüzkar və şər qüvvələrin vəhşiliyini və heç bir humanitar, əxlaqi və dini dəyərlərə malik olmadığını, eləcə də döyüş meydanındakı utancverici məğlubiyyətin qisasını almaq üçün nakam cəhdini bir daha təsdiqləyir.”

Livan Hizbullahı vurğuladı: “Bu iyrənc qırğın qarşısında dünyanı bürüyən ölümcül sükuta təəssüf etməklə yanaşı, harada olurlarsa olsunlar, bütün azad insanları məzlum Yəmən xalqının yanında olmağa və bu cinayəti və təcavüzkar qüvvələri pisləməyə çağırırıq.”

Bu hərəkat belə əlavə edib: “İnanırıq ki, son illərdə məşəqqətlərə, ağrılara sinə gərmiş əziz xalqımız təcavüzə qalib gəlmək və qələbəyə nail olmaq üçün güclü addımlar ata bilər.”

Bu bəyanatın sonunda həmçinin deyilir: “Əziz Yəmən xalqına və onların möhtərəm rəhbərliyinə baş vermiş bu müsibətə görə başsağlığı verir, Uca Allahdan əziz şəhidlərə rəhmət və yaralılara isə tezliklə şəfa tapmasını diləyirik.”

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…