Xakasiyada küçədə insanları baltalayan şəxs saxlanıldı – YENİLƏNİB + ANBAAN VİDEO

Rusiya Federasiyasının Xakasiya Respublikasının (Tıva) paytaxtı Abakan şəhərində küçədə yoldan keçən şəxsə balta ilə hücum edən 40 yaşlı şübhəli saxlanılıb.

Bu barədə Rusiya İstintaq Komitəsi əməliyyat görüntülərini paylaşıb.

Departamentin məlumatına görə, Tıva sakini məişət münaqişəsi zamanı kişiyə hücum edib və onun başına balta ilə bir neçə zərbə vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, həkimlər ona beyin əzilməsi və döş sümüyünün sınığı diaqnozu qoyublar. O, reanimasiyadadır.

Şübhəli şəxs balta ilə digər şəxslərə də hücum edib. Polisin məlumatına görə, yaralıların sayının çox olma ehtimalı var. Kəsik yaraları alan daha bir şəxs haqqında isə məlumat dəqiqləşdirilir.

Hadisənin digər təfərrüatı və şəraiti hələlik açıqlanmır.

Faktla bağlı “adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.

Related posts

Türkiyədə eşşəkləri evləndirdilər: Toyda nikah məmuru da iştirak etdi – FOTO/VİDEO

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı

Yaponiyada bir çantaya görə 180-ə yaxın qatarın hərəkəti ləğv edilib – FOTO