Xəzərin Azərbaycan sahillərində kütləvi ölüm: Cəsədlərdən nümunələr götürülüb – FOTO

Xəzərin Azərbaycan bölməsində suitilərin kütləvi ölümü baş verib. Aşkarlanan suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən artıq cəsədlərdən nümunələr götürülüb. Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Xidmət rəisi Firuddin Əliyev bildirib ki, mütəxəssislər tərəfindən suiti cəsədlərinin üzərində aparılan vizual müşahidələr zamanı zədə izlərinə rast gəlinməyib.

Xatırladaq ki, bir neçə gün öncə Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm halı aşkarlanmışdı. Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Xaçmazın İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndlərinin dəniz sahillərində də suiti cəsədləri aşkar olunub.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO