Xəzərdən tutulan nadir növ balığı inanılmaz qiymətə satdılar – FOTO/VİDEO

İranda Xəzər dənizində tutulan qızılbalıq hərracda 51 milyon tümənə (təxminən 2 min manat ) satılıb.

Balıq alverçiləri bundan kəskin qəzəbləndiklərini bildiriblər. Onların sözlərinə görə, belə hallar bazarda qiymət tarazlığının pozulmasına gətirir.

Məsələyə Mazandaran əyalətinin Balıq Təsərrüfatı İdarəsinin rəisi Qasım Kərimzadə də münasibət bildirib.

Onun sözlərinə görə, bu növ balıqlar bazarda icazəsiz satılır.

“Satılan balıq Xəzər dənizinə məxsus nadir balıq növüdür və qanunsuz qiymətə bazara çıxarılıb”.

O, həmçinin vətəndaşlardan qanunsuz balıq satışı ilə bağlı balıqçılıq idarələrinə xəbər vermələrini xahiş edib.

Related posts

Nəhəng qum fırtınası insaları vahiməyə saldı – VİDEO

Türkiydə dəhşət: Qonşusunu maşının arxasına bağlayıb sürüdü – FOTO/VİDEO

“WhatsApp” daha bir yeniliklə gəlir – FOTO