Xəzər dənizinə “AKULA” buraxan şəxs üzr istədi (Video izlə) 

Xəzər dənizinə köpəkbalığına bənzər naqqa panqassius buraxan şəxs Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinə dəvət edilib. 

Bu barədə bildirilib ki, Elxan Osmanov idarənin Balıq Ehtiyatlarının Mühafizə və Brakonyerliklə Mübarizə Bölməsinə dəvət edilib. O, vətəndaşlar arasında yaratdığı çaşqınlığa görə üzr istəyib.

Qeyd edək ki, bir neçə gün əvvəl E.Osmanov sosial şəbəkələrdə Xəzər dənizinə köpəkbalığı buraxılması ilə bağlı video çəkib, yayıb.

Təşvişə səbəb olan məlum video insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO