“WhatsApp”ın yenilənməsi onu tamamilə fərqli tətbiqə çevirdi

“WhatsApp” mesenceri “Windows” istifadəçiləri üçün yeni proqram təqdim edib.

Belə ki, artıq “WhatsApp” “Zoom”la rəqabət apara biləcək, çünki bir audiozəngdə 32 nəfərə qədər, videoçatda isə 8 nəfərə qədər insan iştirak edə bilər.

“Windows” üçün yeni proqramı onu daha çox “WhatsApp”ın mobil analoquna bənzədib.

Yeni versiya çoxlu cihaz sinxronizasiyasını da dəstəkləyir. Bu, o deməkdir ki, hətta telefonunuz olmadan da “Windows”da “WhatsApp”dan istifadə etməyə davam edə bilərsiniz.

Yeni proqramda linklərin ön izləmələri və stikerlər kimi xüsusiyyətlər də mövcuddur.

Ekspertlərin fikrincə, əlavə edilən funksiyalar onu əslində tamamilə yeni bir tətbiqə çevirib.

“WhatsApp” qurucularından verilən məlumata görə, zaman keçdikcə videozənglərdə 8, audiozənglərdə isə 32 nəfərlik məhdudiyyət də aradan götürüləcək.

Related posts

Əfqanıstanda helikopter məktəbə çırpıldı – VİDEO

Günəşdəki güclü partlayışının görüntüsü yayımlandı – VİDEO

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO