“WhatsApp”dan istifadəçiləri sevindirəcək və işlərini asanlaşdıracaq YENİLİK – FOTO

WhatsApp” messencerinin telefon versiyasında hazırda zəng və videozəng rejimi mövcuddur. Amma bu xüsusiyyət “WhatsApp Web”də yox idi və istifadəçilər uzun müddətdir ki, bu xüsusiyyətin gəlməsini gözləyirdilər.

Nəhayət tətbiq menecerləri proqramla bağlı xoş xəbəri verib. Belə ki, tərtibatçılar mesencerin masaüstü formatına zəng rejimi gətirdiklərini açıqlayıbar.

Məlumata görə, “WhatsApp” zəng tarixçəsinin masaüstü versiyasında görünməsi üçün yeni “Zənglər” nişanı əlavə edib. “Zənglər” tətbiqin yan panelindəki “söhbətlər” və “status” nişanının ortasında olacaq.

O da bildirilir ki, funksiya hazırda test mərhələsindədir.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO