“Whatsapp”da yenilik: Xüsusi avatarlar

WhatsApp”ın gələcək versiyasında öz avatarlarınızı stiker kimi göndərmək imkanınız olacaq.

Məlumata görə, messencerin istifadəçiləri fərdiləşdirilmiş avatarlar yarada və onları şəxsi yazışmalarda, yaxud da qrup çatlarında stiker kimi göndərə biləcəklər. Oxşar imkan artıq bir sıra digər sosial şəbəkələrdə təqdim olunur.

Bildirilir ki, yaxın gələcəkdə avatarlar videozənglər zamanı profil şəkli və AR maskası kimi də istifadə oluna bilər.

Yenilik hazırda işlənmə mərhələsindədir. Xüsusi avatarların tətbiqi tarixi dəqiq məlum deyil.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO