“WhatsApp”da tapılan təhlükəli boşluq “Telegram”da da aşkarlandı

“Google” mühəndisi Den Reva “macOS” üçün “Telegram”da sahibinin xəbəri olmadan kamera və mikrofonu aktivləşdirən təhlükəli boşluq aşkar edib.

Bu boşluq hakerə “Telegram”ın içində zərərli proqram olan dinamik kitabxana (“Dylib”) yerləşdirməyə imkan verir. Beləliklə, haker kameradan video yaza və qeydi gizli qovluqda saxlaya bilir.

Bildirilir ki, mesencerin “Apple”ın “Hardened Runtime” və “Entitlements” adlanan daxili təhlükəsizlik mexanizmlərindən istifadə etməməsi belə təhlükəsizlik probleminə səbəb olub.

Xatırladaq ki, mayın əvvəlində “Twitter” istifadəçisi “Android” əməliyyat sistemində “WhatsApp”ın mikrofonu işə salması və onu arxa fonda dinləməsi barədə paylaşım edib. Məsələni araşdıran “Google” problemin mövcudluğunu etiraf edib.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO