“WhatsApp” yenilik edir: “Android” telefon “iPad”ə qoşulacaq – FOTO

“WhatsApp” yenilikləri ilə istifadəçiləri sevindirməyə davam edir. Növbəti dəyişiklik “iPad” planşetinin xidməti hesablarla uzlaşmaq imkanı ilə bağlıdır.

Belə ki, yeni funksiya ilə “iPad” planşeti “Android” əməliyyat sistemli cihazlara bağlanacaq.

Ekspertlərin sözlərinə görə, bu zaman “iPad” qoşulu cihaz kimi tanınacaq.

Bundan başqa, “WhatsApp”ın “iPad”a uyğun proqramlar hazırlayacağı da proqnozlaşdırılıb.

Qeyd edilir ki, hazırda funksiya inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində “beta” testerlərə təqdim olunacaq.

Yeniliyin bütün istifadəçilər üçün tam olaraq nə vaxt əlçatan olacağı hələ bildirilməyib.

Related posts

Yaponiyada bir çantaya görə 180-ə yaxın qatarın hərəkəti ləğv edilib – FOTO

Rusiyada şəhərində “hava döyüşü”: “Rədd ol, Ermənistana get!” – VİDEO

Fironların istirahət etdikləri yer aşkar edilib – FOTO