“WhatsApp” bu tarixdən ÖDƏNİŞLİ OLACAQ

DİQQƏT! “WhatsApp” bu tarixdən ödənişli olacaq.

Mayın 15-dən “WhatsApp”ın biznes hesablarının sahibləri istədikləri təqdirdə ödənişli abunəyə qoşula biləcəklər.

Ödənişli abunəliyin üstünlüyü ondan ibarətdir ki, “Əlaqələndirilmiş cihazlar” bölməsində bir hesaba 10-a qədər cihaz qoşula biləcək.

Hazırda isə biznes hesabına maksimum 4 cihaz qoşula bilər.

“WhatsApp” tərtibatçıları iddia edir ki, yenilik müştərilərə xidmətin keyfiyyətini və sürətini artırmaq məqsədi daşıyır.

Hazırda abunənin qiyməti və şərtləri barədə məlumat açıqlanmayıb. Çox güman ki, ödənişli abunə bir sıra digər funksiyaları da əhatə edəcək.

Adi “WhatsApp” istifadəçilərinə gəlincə, onlar üçün heç nə dəyişməyəcək.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO