Vitse-prezidentin başına silah tuşladılar – ANBAAN (Video izlə)

Argentinanın vitse-prezidenti Kristina Fernandes de Kirşner ölümün astanasından dönüb.

Hadisə Fernandes de Kirşner evinin qarşısında avtomobildən düşərkən baş verib.

Kütlənin içində dayanan şəxs tapançanı vitse-prezidentə tuşlayıb. Lakin o, tətiyi çəksə də silahdan atəş aça bilməyib. Çünki tapança nasaz olub.  

Polis həmin şəxsi həbs edib. Onun daha əvvəl odlu silah gəzdirdiyinə görə həbs edilmiş Braziliya vətəndaşı olduğu bildirilir.

İnsidentlə əlaqədar Argentina Prezidenti Alberto Fernandes açıqlama ilə çıxış edib.

Siyasətçi vurğulayıb ki, bu, Argentinada 1983-cü ildə demokratiyanın bərpasından bəri ən pis hadisədir.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO