Velosiped 12 yaşlı oğlanın ayağını kəsdi (Video izlə)

Bakı şəhərində velosiped 12 yaşlı oğlanın ayağını kəsib.

Sabunçu rayonunda 2010-cu il təvəllüdlü oğlanın ayağına velosipedin metal elementi nüfuz edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin xilasediciləri təcili tibbi yardım briqadasının müşayiəti ilə ilkin xilasetmə tədbirlərini  həyata keçiriblər. Belə ki, ayağa nüfuz etmiş metal element xüsusi alət vasitəsi ilə kəsilərək velosipeddən ayrılıb.

Ayağa nüfuz etmiş hissənin çıxarması üçün cərrahi müdaxilə tələb olunduğundan yaralı təcili tibbi yardım briqadasına təhvil verilib.

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO