Vaşinqton və Tel Əviv Bin Salmanın şərti ilə razı deyil

Sionist analitik Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşması barədə şərtlərini ifşa edərək Vaşinqton və Tel Əvivin bu şərtlərlə razı olmadığını deyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, hal-hazırda sionist rejimlə Ərəbistan münasibətlərinin  normallaşması ehtimalı azdır. Co Baydenin bu xüsusda Riyaza təzyiqləri də faydasız olub.

Haartez bu gün (1 iyun) yazır: Ərəbistanın İsrailə qoyduğu bir şərti Riyazda qeyri-hərbi nüvə stansiyasının qurulmasıdır. Bu isə ABŞ-ın heç istəmədiyi şeydir.

Ərəbistanın sionist rejimlə münasibətlərinin normallaşması üçün qoyduğu digər şərt isə Məkkəyə həcc ziyarətinə gələnlərin işğal olunmuş Fələstin ərazisindən keçməsidir ki, bu məsələ Tel Əvivin özünü qorxuya salır.

Haartezin yazdığına görə münasibətlərin normallaşması Riyazın əlindədir və Ərəbistanın daha iki istəyi yerinə yetirilmədiyi təqdirdə danışıqların münbitliyindən söz açılmaz. İlk növbədə Donald Trampın prezidentliyi dövründə böyük silah mübadiləsinin icrası  və qeyri-nüvə stansiyasının inşası münasibətlərin inkişafına mane olur.

Related posts

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Qırmızı dənizdə Amerika qırıcısı vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur