Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində başladığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 57 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxində paltaryuyan maşın və mətbəx mebeli qismən yanıb.

Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb, mənzilin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı mənzildə olan bir nəfər şəxs xilasedicilər tərəfindən xilas edilərək ilkin yardım göstərilib və təcili tibbi yardım briqadasına təhvil verilib.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO