ABŞ rəsmisi İran İslam Respublikasının nüvə proqramının genişləməsindən nigarançılıq hisslərini bəyan edərək diplomatik yolların açıq olduğunu elan edib.
Fars İnformasiya Agetliyinin məlumatına əsasən, ABŞ dövlət sözçüsü İranla müvəqqəti razılaşma barədə məlumatlar barədə deib: Biz daim Avropalı teroika da daxil olmaqla müttəfiq və şəriklərimizlə münasibətdəyik. Amma bəzi diplomatik müzakirələrimizin detalları və şayiələr barədə cavab vermək məqsədimiz yoxdur.
Əhatəli nüvə proqramından birtərəfli xaric olmasına işarə etmədən diplomatik qapıların açıq olduğunu deyən ABŞ dövlət rəsmisi əlavə edib: Amerika İranın nüvə silahına sahib olmasına izn verməyəcək. Amma biz siyahıdan heç bir maddəni çıxarmamışıq.
ABŞ rəsmisinin bu sözləri elə bir məqamda deyilib ki, İranın bütün nüvə fəaliyyətlərinin sülhsevər olması beynəlxalq qurumlar tərəfindən öz təsdiqini tapıb.