İsraildə etiraz aksiyaları davam edir

Sionist baş nazri benyamin Netanyahunun dünən axşamkı (10 aprel) çıxışından sonra işğal olunmuş ərazilərdəki müxalifət qrupları yenə küçələrə axışıb etiraz aksiyası keçiriblər.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist qəsəbə sakinləri və müxalifət qrupları bu dəfə baş verən son hadisələri və çıxışları nəzərə alaraq Netanyahunun baş nazirlik vəzifəsinə layiq olmadığının sübuta yetirildiyini deyirlər.

İsrail baş naziri dünən axşam mətbuat konfransında deyib ki, biz müharibəni genişləndirmə fikrində deyilik. Necə olursa-olsun müharibənin qarşısını almağa çalışırıq. Amma müharibə baş verərsə, var-gücümüzlə vuruşacağıq.

Netanyahu həmçinin məhkəmə reformasiyası barədə müəmmalı sözlər bəyan edərək deyib: Bizə verilən ixtiyarlarımızdan məhkəmə islahatı məsələsinin həllini tapmışıq.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib