Vaşinqton: İran raket və dron texnologiyasında ciddi bir irəliləyiş əldə etdi

Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, bölgədəki ABŞ terror qüvvələrinin komandiri general Kennet Makkenzi, ballistik raketlər sahəsində İranın təhdidinin ciddi olduğunu və İranın bu sahədə inkişafa sahib olduğunu iddia edib.

O, bir mətbuat konfransında çıxış edərkən deyib: “İranın qanadlı raketləri və dron texnologiyası əhəmiyyətli bir irəliləyiş əldə etdi və nüvə sahəsində isə İran bu anda ciddi addımlar atmaqdadır.”

Makkenzi belə əlavə edib: “Hər zaman Hörmüz boğazının açıq qalmasını qorumaq qabiliyyətinə sahib olmalıyıq.”

ABŞ-ın “Centcom” Mərkəzi Komandanlığının komandiri, cümə axşamı etdiyi bir açıqlamada, ABŞ-ın İraqdakı öz fəaliyyətini strateji bir dialoq çərçivəsində qoruyacağını söyləyib. General Kennet Makkenzi, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin iclası zamanı ,”Biz hal hazırdaİraqı tərk etməyimizi proqnozlaşdımırıq”, deyə bildirib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib