“Kətaib-Hizbullah”: Haşdu Şabi heç vaxt dağıdılmayacaq

Qafqaztimes xəbər verir ki, İraqdakı “Kətaib-Hizbullah” müqavimət hərəkatı İraq müqavimət qüvvələrinin heç vaxt silahlarını yerə qoymayacaqları vurğulayıb.

“Sabirin News” teleqram kanalının verdiyi məlumata görə, “Kətaib-Hizbullah” müqavimət hərəkatının təhlükəsizlik rəsmisi Əbu Əli Əl-Əskəri bir twitter mesajında yazıb: “Haşdu Şabi heç vaxt dağıdılmayacaqdır və hətta əgər belə bir hal baş verərsə, İslami Müqavimət, Haşdu Şabi döyüşçülərini bütün qrupları və potensialları ilə birgə özünə qəbul edəcəklər.”

O belə təkid edib: “Biz silahlarımızı İmam Zamandan (əf) başqa əsla heç kəsə verməyəcəyik. Beləliklə, ey mücahidlər, gözləriniz aydın olsun! Sionist, Amerika və Səudiyyə koalisiyası isə qəzəbindən ölsün və hər kəs bilsin ki, bizlər Səudiyyə rejiminin İraqda aparacağı danışıqlarda heç kəsin tərəfində olmayacağıq.”

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…