Vasif Talıbov retro maşınlarını villasından təcili daşıtdırdı (Video izlə)

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun retro maşın kolleksiyası olması çoxlarına bəllidir.

Vasif Talıbov vəzifədən istefa verdikdən sonra bu maşınların yerini dəyişmək qərarına gəlib.

Belə ki, sözügedən retro maşınlar kolleksiyasına daxil olan avtomobillər bir neçə gün öncə Vasif Talıbova məxsus Bakının Atatürk prospektində yerləşən villadan təcili daşınıb. Bunun üçün onun evinin önünə bir neçə evakuator da cəlb olunub. Hazırda sözügedən maşınların “Gəmiqaya Holdinq”in ərazisinə aparılması ilə bağlı iddialar var.

Qeyd edək ki, Vasif Talıbov istefa verdikdən sonra ona məxsus “Nəqşicahan” holdinqin tərkibindəki bir sıra ticarət obyektlərindəki mallar endirim adı ilə dəyər-dəyməzinə satılıb.

Bundan başqa, Talıbovun Naxçıvanda yerləşən fermasında olan mal-qaranın da təcili kəsilərək satışa çıxarıldığı gələn xəbərlər arasındadır.

Əlavə edək ki, Vasif Talıbova məxsus avtomobil kolleksiyasının görüntülərini sosial şəbəkələrdə jurnalist Samir Feyruzov yayıb.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO