Valyutadəyişmə məntəqəsinə qumbara atıldı, xəsarət alanlar var (Video izlə)

Şəmkirdə avtomobildə qumbara partlaması faktını rayon prokurorluğu araşdırır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində VAZ 2107 markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

Xəsarət alanlar öncə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Orada ilkin tibbi yardım göstərilib və daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Onların müalicəsi reanimasiya şöbəsində davam etdirilir. 

Qeyd edək ki, Şəmkir şəhərində Nəsib Qarayeva məxsus dövlət nömrə nişanı 20-BF-603 olan VAZ-2107 markalı avtomobildə sərnişin qismində olan Binnət Qarayevdə olan qumbara partlayıb. Nəticədə hər ikisi müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO