Şimali Koreya PUA-sı Cənubi Koreya prezidentinin ofisinin yaxınlığına düşüb (Video izlə)

KXDR tərəfindən buraxılan beş drondan biri Cənubi Koreya Prezidenti Yun Sok-Yolun Seuldakı ofisi ətrafında yaradılmış uçuşa qadağa zonasına daxil olub.

Hərbi mənbənin bildirdiyinə görə, 3,7 km radiusda uçuşa qadağa tətbiq edilən zonaya keçən pilotsuz uçuş aparatı (PUA) Şimali Koreya ordusunun iki Koreyanı ayıran demarkasiya xətti boyunca atdığı beş drondan biri olub. Onlardan biri Seula uçmağa müvəffəq olub, lakin o, “əsas təhlükəsizlik obyektləri”nə yaxınlaşa bilməyib.

Hadisə Cənubi Koreyanın hava hücumundan müdafiə sisteminin etibarlılığı ilə bağlı suallara səbəb olub. Ölkənin hərbi idarəsinin nümayəndəsi vurğulayıb ki, bundan əvvəl hava məkanının təhlükəsizliyinin belə ciddi şəkildə pozulması olmayıb.

PUA-ların əraziyə daxil olması Cənubi Koreyanın belə kiçik təyyarələri aşkar etmək, izləmək və vurmaq üçün hazır olmadığını üzə çıxarıb.

Cənubi Koreya ordusu qırıcıları və helikopterləri, o cümlədən “KA-1” hücum təyyarəsini havaya qaldırıb, lakin PUA-lar hədəfdən yayına biliblər.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO