Vallas: Avropa İttifaqı yalançıdır və İsrailin soyqırım etməsini dəstəkləyir

İrlandiyalı parlamentinin üzvü Mik Vallas Avropa İttifaqının İsrailin apparteid rejimini dəstəklədiyini və Qəzzə körpələrinin qorunması üçün heç bir iş görmədiyini bəyan edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, bir neçə gündür Qəzzə müharibəsinə görə Amerika və Avropa İttifaqını tənqid atəşinə tutan Mik Vallas X sosial media hesabında bir daha sionist rejimin Qəzzə xəstəxanasını bombarman etməsini qınayıb.

Mik Vallas yazıb: Avropa İttifaqının nə üçün apparteid rejimi olan İsrailin Qəzzə xəstəxanasına hücumu ilə bir problemi yoxdur? İsrailin bu işinin düzgünmü olduğunu düşünür? Nə üçün Aİ İsrailin Fələstin əleyhinə müharibə cinayətlərini dəstəkləyir? Fələstinlilərin canı önəmsizdirmi?

İrlandiya parlament üzvü həmçinin Aİ-nin Strasburq qərargahı foyesində İttifaqın “Gündəm” sənədinə işarə edərək deyib ki, bu sənədə əsasən guya Avropa İttifaqı sivil insanların mühafizəsi və sülh tərəfdarıdır.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı