Vahabi rejimi şiələrə qarşı düşmənçilik nümayiş etdirir

Ərəbistanın şiələr məskunlaşan Əl-Qətif məntəqəsində xətib Şeyx Həsən Əl-Xovəyldi həbs edilib.

Əl-Aləm telekanalının Ərəbistandan veridyi məlumata əsasən, şiə aktivist ALİ HASHİM Twitter hesbında yazıb: Eksklüsiv… Səudiyyə Ərəbistanının vahabi rejimi Əl-Qətifin görkəmli xətibi Şey Həsən Xovəylidini həbs etdi. Səudiyyə rejiminin təhlükəsizlik qüvvələri Şeyxin evinə basqın edib və evi xarabalığa çeviriblər. #Səudiyyə Ərəbistanı#Qətif#Əl-Əhsa

ALİ HASHİM həmçinin başqa bir mesajda yazıb: Səudiyyə Ərəbistanında çox təsiredici dini-islami şəxsiyyətləri həbs etməkdə məqsəd əxlaqsızlıq qapılarını açmaq və insanlarda dini məlumatları azaltmaq və haram münasibətlərin adiləşdirilməsidir. Qeyd edək ki, Ərəbistanda 5 milyon şiə hakimiyyətin şiddətli nəzarəti altında yaşayır. Bu ölkədə Şiə məzhəbindən olan insanların dövlət idarələrində işləməyə icazə veilmir hətta sadə orta məktəb direktoru kimi belə fəaliyyətlərinə qadağa qoyulub. Əhli-beyt (ə) ardıcılları əsasən, iki əyalətdə: Əl-Əhsa və Qətif əyalətlərində yaşayırlar.

Related posts

Hindistanlı ailə Quranın ən böyük nüsxələrindən birini hazırlayıb – VİDEO

Qüds Gününün harayları dünyanı oyatmalıdır! – Video izlə

İsveç Mumikanı İraqa ekstradisiyadan imtina edir