Vətəndaş müharibəsinin getdiyi Ekvadordan növbəti dəhşətli görüntülər yayıldı (Video izlə)

Ekvadorda cinayətkar kartel üzvləri ilə ölkənin hakimiyyət qüvvələri arasında silahlı münaqişəni əks etdirən dəhşətli görüntülər yayılıb.

Görüntülərdə kartel üzvlərinin polis patrullarına, insanlara, müxtəlif müəssisələrə hücumları yer alıb. Yerli əhalinin dediyinə görə, quldurlar asayiş keşikçilərini güllələyir, sağ qala bilənləri isə edam edirlər.

Qurbanlar arasında tələbələr, müəllimlər, məhbuslar (çoxları nümayişkaranə şəkildə asılıb və ya məhbuslar tərəfindən güllələnib), işçilər və digər mülki şəxslər də var.

Cinayətkar qruplardan biri Quayakil Universitetinə soxularaq 50-yə yaxın adamı öldürüb.

Əhali kütləvi şəkildə şəhərləri tərk edərək ölkədən qaçmağa başlayıb.

Ekvador Prezidenti Daniel Noboa baş verənləri vətəndaş müharibəsi adlandırıb.  

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi