Bakıda marşrut avtobusu yandı – AÇIQLAMA + VİDEO

Bakıda avtobus yanıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, “BakuBus” MMC-yə məxsus avtobus şəhərin mərkəzi küçələrinin birində tüstüləməyə başlayıb.

Qurumdan bildirilib ki, hadisə bu gün baş verib:

“Bu gün saat 11:31-də Hüseyn Cavid prospektində 17 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda anidən tüstülənmə baş verib.

Avtobusda mövcud avtomatik qoruma sistemi işə düşüb. Sərnişinlər avtobusdan operativ olaraq düşürülüb. Nəqliyyat vasitəsi qarajdan ehtiyat avtobusla əvəz edilib, marşrutun hərəkət qrafiki bərpa edilib. Sərnişinlər arasında xəsarət alan yoxdur.

Hazırda hadisə ilə bağlı daxili araşdırma aparılır”.

Həmin görüntüləri təqdim edirik:

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO