Üveys Qərəni övladları da yəmənli döyüşçülərin sıralarına qoşuldular

Qafqaztimes xəbər verir ki, “Əl-Sahafa Al-Yəməniyyə”-nın verdiyi məlumata görə, yerli Yəmən mənbələri bildiriblər ki, Mərib əyalətinin Əl-Əbdiyyə şəhərinin köçəriləri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi təcavüzkar koalisiyanı və Əl-Qaidə terror ünsürlərini məğlub etmək üçün Üveys Qərəni adlı hərbi briqada yaradaraq ilk dəfə silahlanmışdır.

Məlumatlı mənbələr bildiriblər ki, bu briqadanın yaradılması ilə bağlı qərar 2020-ci ildə verilib. Hazırda bu işin mərhələləri yekunlaşır və bu briqada yaxın vaxtlarda fəaliyyətə başlayacaqdır.

Bu mənbələr Əbdiyyə köçərilərinin mənşəyi və yerləşməsi ilə bağlı onların Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) ən sadiq səhabələrindən biri olan Üveys Qərəninin nəslindən olduqlarını bildirirlər. O, Siffeyn döyüşündə İmama (ə) kömək etmək üçün Əl-Əbdiyyədən Kufəyə getmişdir.

Qeyd edək ki, Üveys Qərəni məscidi Əl-Əbdiyyə şəhərinin “Əl-Zubeydə” bölgəsində, məzarı isə Suriyanın Əl-Rəqqə bölgəsində yerləşir ki, 2014-ci ildə İŞİD terrorçuları tərəfindən partladılmışdır.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik

Bu il həcc…